SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gecə Bakının Sabunçu rayonunda yeniyetmə oğlanın asılmış meyiti tapılıb.

Sabunçu rayon Polias İdarəsi 15-ci polis bölməsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Bildirilir ki, yeniyetmənin meyitini anası həyətdə asılmış halda tapıb. Araşdırmalar zamanı ölən şəxsin qəsəbə sakini, 1999-cu il təvəllüdlü Asif Süleymanov olduğu məlum olub.

Meyit ilkin tibbi müayinədən keçirilib və onun intihar etdiyi bilinib. Bölmədən bildirdilər ki, Asif lisey şagirdi olub.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad

BAKU.WS