VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri tutulub.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 5-də Gəncə şəhər sakini D.Məhərrəmovanın içərisində pul və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Telman Mirzəliyev və Elbrus Manafov Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən tutulublar.

Onların avqustun 21-dən noyabrın 4-dək olan müddətdə şəhər sakinləri olan daha 3 qadının çantalarından pul və sənəd oğurlamaları da müəyyən edilib.

BAKU.WS