SİZİN REKLAM BURADA!
055 213 76 73



Saray qəsəbəsində meyit müəmması davam edir. BAKU.WS-in məlumatna görə, özü sağ olsa da, qəbirə qoyulan və başdaşına adı yazılan İlham Bayramov müəmmasına aydınlıq gətirmək üçün əməkdaşlarımız yenidən həmin qəsəbəyə gediblər. Dünənki xəbərimizdə başdaşının üzərində "dayısından yadigar" sözləri yazılmışdı. Əməkdaşlarımız da İlhamın dayısını tapıb, onu danışdırıblar.


Ölü hesab edib, basdırdıqları bacısı oğlunu ayaq üstə görən dayı dəhşətli şok keçirib və o an gözlərinə inanmayıb.

Düz 14 il əvvəl ailəyə İlham Bayramovun Salyanda öldüyünə dair bildiriş göndərilib, onlar da adət-ənənəyə uyğun cəsədi qəbul edərək dəfn mərasimi keçiriblər.

Bəs dəfn olunan şəxsin İlham olmadığını ailə necə olub ki, bilməyib? Ailənin yaxın qohumu Ramiz Quliyev deyir ki, cəsəd onlara təqdim ediləndə tanınmaz halda olub. Onlar İlhamın ruhi xəstə olduğunu nəzərə alaraq, özünə xəsarət yetirə biləcəyini ehtimal ediblər. Beləliklə, hadisənin təfərrüatlarına varmadan meyiti dini adətlərə uyğun dəfn ediblər.

İlhamın dayısı Zahid Əliyevin sözlərinə görə, maddi vəziyyəti zəif olan ailə dəfn xərclərini qarşılamaq üçün borca da düşüb. Başdaşını isə ailəyə dəstək məqsədilə özü düzəltdirib və qəbrin başdaşına "dayısından xatirə" sözlərini yazdırıb.

Zahid Əliyev deyir ki, 12 il ərzində İlhamın qəsəbəyə gəlməməsi və yaşadığına dair bir xəbərin olmaması da yaxınlarında onun həyatda olması şübhəsini oyandırmayıb.

İlhamın sağ olduğunu öyrənən ailə məsələnin həllində əlacsız olduqlarını deyirlər. Onlar aidiyyatı orqanların yaranan dolaşıqlığa aydınlıq gətirəcəyinə ümid edirlər.

Məsələ ilə bağlı artıq araşdırmalara başlanılıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, araşdırmanın gedişatına uyğun olaraq Saray qəbiristanlığındakı qəbir açıla bilər. Yalnız bu yolla basdırılan meyitin əslində kimə məxsus olduğu üzə çıxa bilər.

BAKU.WS