SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb.

BAKU.WS-in APA-ya istinad'n verdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində qeydə alınıb. Bakı şəhər sakini Lala Hüseynlinin idarə etdiyi “KİA” markalı avtomobil ABŞ-ın Bakıdakı səfirliyinə məxsus, Katerina Karridianın idarə etdiyi “Honda” markalı, 006 D 004 dövlət qeydiyyat nişanlı maşına çırpılıb. Səfirliyə məxsus avtomobil zərbənin təsirində qabaqda hərəkətdə olan, Anar Nəbiyevin idarə etdiyi “Honda” markalı maşına dəyib.

Qəza nəticəsində xəsarət alan olmayıb. Hər üç avtomobilə ziyan dəyib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS