VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir müddət əvvəl Azərbaycanda təhsil alan türk “estetik cərrah” Soner G.-nin əməliyyatının qurbanı olan Güllü Sel Türkiyə KİV-nə müsahibə verib.

BAKU.WS-in məlumatına görə, Güllü Sel əməliyyat zamanı “cərrah”ın hansı materiallardan istifadə etdiyini öyrənəndə şoka düşdüyünü deyib.

“Dodaqlarıma qapı-pəncərə silikonu vurub. Araşdırmalardan sonra bunu mənə dedilər və şoka düşdüm. Bu vəziyyətə düşən bir çox insan həkim tapıb yenidən əməliyyat etdirərək sağalıb. Amma mən həkim tapa bilmirəm, heç bir həkim yaxın durmur”, - deyə Güllü Sel qeyd edib.

O bildirib ki, dodağında qalan qapı-pəncərə silikonu getdikcə onun sağlamlığına zərər vuracaq.

“Hərdən güclü ağrılar hiss edirəm. Gülməkdə çətinlik çəkirəm. Həkimlər deyir ki, bu silicon təcili bəndən çıxarılmalıdır, yoxsa zəhərlənmə verəcək”, - Güllü Sel bildirib.

Xatırladaq ki, Adanada özünü həkim olaraq tanıdıb, 4 adama plomb və botoks edən “saxta estetik cərrah” Soner G. həbs olunub. Azərbaycanda kosmetologiya üzrə təlim gördüyünü deyən Soner G. ona “dodaq silikonu” etdirən bir neçə qadının sağlamlığında problem yaranmışdı.

BAKU.WS