SİZİN REKLAM BURADA!
055 213 76 73



Həbsdə olan bələdiyyə sədri vəfat edib.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhbus, 1949-cu il təvəllüdlü Cavanşir Aslan oğlu Məmmədov xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, C. Məmmədov Balaxanı qəsəbə bələdiyyəsinin sədri olub. O, 2010-cu ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib.

BAKU.WS