VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünən saat 14:30 radələrində Bakı metrosunda insident baş verib.

Belə ki, metronun "28 May" stansiyasında gənc xanımın bir qolu metroya daxil olarkən, vaqonun qapıları arasında qalıb. Maşinist hadisədən xəbərsiz olduğu üçün qatarı işə salıb. Vaqonda olan digər sərnişinlər dərhal qadının imdadına çataraq, onu xilas ediblər. Bundan bərk qəzəblənən gənc xanım isə metronun "Nizami" stansiyasında düşərək maşinisti təhqir edib. Bu azmış kimi xanım sərnişin maşinistin üzünə də tüpürüb.

BAKU.WS-in media24.az-a istinadən verdiyi məlumata görə, maşinist bütün bunların qarşılığında qadına "Çox sağ ol. Hörmətin artıq olsun" deyərək yoluna davam edib.

"Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BAKU.WS-ə açıqlamasında faktı təsdiqləyərək bildirib ki, hadisənin baş verməsinə səbəb sərnişinin qapılar bağlanarkən vaqondan düşməsi olub.

Onun sözlərinə görə, qatarın maşinisti qapıların bağlanmasını elan edib.

“Sərnişin isə qatardan düşməyə gecikib. Ona görə də sərnişinin qolu qapının arasında qalıb. Bunu görən maşinist qapını açıb.

Qadın düşməyib yenidən qatara daxil olub. “Nizami” stansiyasında düşən sərnişin maşinisti söyüb, təhqir edib”, - deyə Nəsimi Paşayev bildirib.

BAKU.WS