SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili İşlər Nazirliyi dünən Bakıda polis əməkdaşının güllələnməsilə bağlı məlumat yayıb.

BAKU.WS
-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı polis bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşmaq istəyib.

Onlardan biri odlu silahdan açdığı atəşlə İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib. Daha sonra onlar hadisə yerindən qaçıblar.
Görülmüş tədbirlərlə onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy tutulub. Saxlanılan şəxsdən kustar üsulla hazırlanmış tapança götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Ziya Səccad

BAKU.WS