VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan aşığı, əməkdar incəsənət xadimi Aşıq Ədalətin cənazəsi evindən çıxarılarkən çəkilən görüntüləri ortaya çıxıb. 

BAKU.WS-in məlumatına görə, aşığın cənazəsi evdən çıxarılarkən onun qızının halı pisləşib. 

Aşıq Ədalət bu gün Qazaxda dəfn olunacaq. 

Qeyd edək ki, Aşıq Ədalət 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub. Saz çalmağı atasından öyrənmiş, gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət alıb. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olub.

Aşıq, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı olub. O, ötən gün 78 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Nazim
BAKU.WS