VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlər ölkədə böyük səs-küyə səbəb olub.

BAKU.WS xəbər verir ki, məsələnin ciddiliyini və böyük səs-küy yaratdığını nəzərə alaraq, bizimyol.info saytı baş nazirin müavini Abid Şərifovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında məsələdən xəbərdar olduğunu, Akif Əlinin böyük yanlışlığa yol verdiyini bildirib.

”Lütfi Zadə dünyada sayılıb-seçilən bir alimdir. Onun haqda açıqlama verəndə, fikirləşərəm ki, mən necə danışmalıyam. Akif Əli, sən kimsən ki, dünya səviyyəli bir alim haqda belə alçaldıcı açıqlama verəsən?! Sənin buna mənəvi haqqın varmı?! Düzünü deyim ki, mənə bunu deyəndə, inanmadım. Dövlət başçısı, birinci vitse-prezident bu böyük alimin vəfat etməsi haqda nekroloq imzalayıb, başsalığı verib. Akif Əlinin bu açıqlamasını pisləyirəm. Çox biabırçı açıqlamadır”.

Baş nazirin müavini mətbuat katibinin cəzalandırılması və ya işdən çıxarılması haqda da danışıb: “Üzr istəmək günahdan azad olmaq demək deyil. Akif Əli ilə mən özüm də danışacam. Onun cəzalanması və ya işdən çıxarılması səlahiyyəti isə baş nazirə aiddir. Bu barədə danışdıqdan sonra qərar veriləcək. Belə açıqlama cəzasız qalmaz. Mən özüm bu danışıqdan heyrətə gəlmişəm. Lütfi Zadə ilə nəinki məmurlar, jurnalistlər, bütün Azərbaycan xalqı fəxr edir”.

BAKU.WS