SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda kişi həyat yoldaşının boğazını kəsib.

BAKU.WS-in trend-ə istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunda baş verib. Rayonun Şüvəlan qəsəbəsində yaşayan, 1973-cü il təvəllüdlü Ağayev Əfqan Teymur oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ağayeva Lalə Eduard qızını bıçaqlayıb.

Ə.Ağayev həyat yoldaşının başını kəsməyə cəhd edib və boğaz nahiyəsindən bıçaqlayıb. Qadının yaxınlarının köməyi ilə yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, əməliyyat olunan L. Ağayevanın vəziyyəti ağır qiymətləndirilsə də, sabitləşib.

Hadisəni törədən Ə.Ağayev saxlanılıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

BAKU.WS