SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıdakı “Nərgiz Mall” ticarət-əyləncə mərkəzində yeni endirimli mallar satılan “outlet-mağaza”nın açılışı paytaxtın qadın sakinləri arasında görünməmiş ajiotaja səbəb olub.

Hadisə şahidlərinin qeydə aldığı videolardan göründüyü kimi, çoxsaylı kütlə mollun açılışı ilə eyni anda ticarət mərkəzinə, sözün əsl mənasında, hücum edib və yeni mağazaya doğru yönəlib.

“1news.az” portalı xəbər verir ki, ziyarətçilərin görünməmiş axını insanlar arasında toqquşmalara gətirib çıxarıb və bir neçə saatdan sonra nəinki yeni “outlet-mağaza”, hətta bütün ticarət mərkəzi vəziyyətin tənzimlənməsi məqsədilə bağlanıb. Ertəsi gün mağazanın işi bərpa olunub.

Şahidlər deyir ki, bu gün səhər yenə də böyük insan kütləsi hələ ticarət mərkəzi açılmamış onun girişinin qarşısına toplaşıb və mağazanın vaxtından əvvəl açılmasını tələb edib. Eyni zamanda, insanların sıxlığı bəzilərinin halının pisləşməsinə səbəb olub.

Bildirildiyinə görə, mağazada bütün mallar cəmi 5 manata satılır və elə bu da insanların böyük marağına səbəb olub.

BAKU.WS