SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İtkin düşmüş Biləsuvar sakini bu gün evlərinə qayıdıb

"Report"un məlumatına görə, itkin düşmüş qadının dayısı Müqəddəs İmanovun verdiyi məlumata görə, Zeynalzadə İlahə bu gün evə qayıdıb. Həmçinin o, qadının axtarış xəbərin verdiyi üçün "Report"a təşəkkür edib.

Qeyd edək ki, 19 yaşlı rayonun Xırmandalı kənd sakini Zeynalzadə İlahə İqbal qızı 25 iyul tarixində evdən çıxıb və geri qayıtmamışdı. Avqust ayının 1-də o evlərinə zəng edərək Bakı şəhərində olduğunu bildirmişdi.

Bildirək ki, Zeynalzadə İlahə evdən çıxarkən yaş yarımlıq körpəsini və sənədlərini də aparmışdı.

Qadından Biləsuvar Rayon Polis Şöbəsində bu gün izahat da alınıb.
 
BAKU.WS