SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
 
BAKU.WS APA-ya istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrləri ilə buna qədər Daxili İşlər Nazirliyində çalışan Elnur Mehdiyev tutduğu vəzifədən azad edilərək Qax rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
 
Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəis müavini Elşən Tağıyev isə tutduğu vəzifədən azad edilərək Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
 
Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər orqanlarında həyata keçirilən kadr dəyişikliyi ilə Qax rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov tutduğu vəzifədən azad edilərək Pirallahı Rayon Polis Şöbəsinin rəisi, 10-cu Polis Bölməsinin rəisi Xəlil Səfərov isə tutduğu vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi vəzifələrinə təyin olunublar.
 
BAKU.WS