VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranski öz klanına daxil olan digər "qanuni oğru” Badri Koquaşvilinin həbsxanadan vaxtından əvvəl çıxarılmasına ciddi-cəhdlə çalışır. 


BAKU.WS-in məlumatına görə, Rövşən Lənkəranski Zaxari Kalaçov və Merab Canqveladze kimi "qanuni oğru”larla birlikdə Badrinin tezliklə azadlığa çıxarılması üçün lazım olan bütün vəsaiti ödəməyə hazırdır. 7 il həbs cəzasının yarıdan çoxunu çəkmiş Koquaşvilinin xəstəlik adı ilə azadlığa çıxarılması planlaşdırılır. Rövşən Lənkəranski Badri Koquaşvilini hələ bir neçə ay əvvəl o Krasnayarsk həbsxanasının tibb müəssisəsində olduğu vaxt çıxarmağı planlaşdırırdı. Lakin Badri tibb müəssisəsində cinsi azlıq nümayəndəsi olan məhkumu döydükdən sonra işi bir qədər ağırlaşmışdı. 


Rövşən Lənkəranskinin Badrini azadlığa çıxararaq onunla bağlı xüsusi planlarını işə salacağə deyilir. Oğru aləmi səbirsizliklə Badrinin azadlığa çıxacağı günü və Rövşən Lənkəranski ilə yaradacağı tandemi səbirsizliklə gözləyir. 

 

BAKU.WS