SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. 
 
BAKU.WS-in məlumatına görə, vətəndaşa məxsus "Toyota" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarında dayanmış KamAZ markalı yük avtomobilinə çırpılıb.

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış sürücünü minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
 
Hadisənin görüntülərini təqdim edirik: 
 
Nazim Babayev
BAKU.WS