Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo yol qəzasına düşüb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu Atatürk prospekti 58 ünvanının qarşısında baş verib.
Səfirin idarə etdiyi "Toyota Prado” markalı, 048 D 002 dövlət qeydiyyat nişanlı xidməti avtomobil "Audi” markalı avtomobillə toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsinə xeyli ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS