VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində yanğın hadisəsi baş verib.
 
APA-nın qərb bürosunun xəbərinə görə, yanğın Ağdam kənd orta məktəbinin binasında qeydə alınıb. Günorta saatlarında baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
 
Hazırda alovun qarşısının alınması üçün tədbirlər görülür. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 
 
BAKU.WS