SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Şəmkirdə yaşayış evində partlayış olub.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.
 
Kənd sakini 1977-ci il təvəllüdlü Araz Həsənov  yaşadığı evdə qaz sızdığını hiss etməyərək siqaret çəkib və bu zaman partlayış baş verib. Hadisə zamanı A. Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

BAKU.WS