SİZİN REKLAM BURADA!
055 213 76 73


 
69 - yaşlı Lənkəran rayon sakini Davud Bağırzadəyə məxsus evdə bir aydan çoxdur mənbəyi bilinməyən yerdən divarların, ev əşyalarının üzərinə su tökülür. Su axan ərazilər qazılsa da evdə suyun mənbəyi tapılmır.

BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki, 6 nəfərin yaşadığı evdə son vaxtlarda yanğınlar da baş verir. Nəticədə xalça, pərdə, yataq dəsti və geyim əşyaları yanır.

Hazırda evin bütün elektrik və qaz təchizatı dayandırılsa da bənzər hadisələrə davam edir. Təkcə ailə üzvləri deyil, qonşular belə narahatdır. Ev sahibi Fövqalada Hallar Nazirliyinin Cənub yanğından muhafizə idarəsinə müraciət edib. İki gün idarənin bir yanğınsöndürən maşını, 3 canlı quvvəsi evdə keşik cəkib. Əşyaların yanması davam etsə də hələlik səbəb bilinmir.

Yanğın yerində olan aidiyyatı qurumların əməkdaşları yanan əşyalardan nümünələr götürərək, ekspertiza üçün göndəriblər. Evə din xadimləridə dəvət olunub. Onlar da bu hadisəni təccüblə qarşılayıblar.
 
BAKU.WS