VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda 12 yaşlı uşaq itkin düşüb.

Azyaşlının yaxınlarının Trend-ə verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu Yasamal rayonundan Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Bakıxanov İdman Liseyinə gedərkən itkin düşüb: "Mayın 12-də səhər saatlarında Amil anası ilə birlikdə yaşadıqları Yasamal rayonu, II Alatava, ev 2/9 ünvanından çıxıb.

Anası onu metronun "20 yanvar" stansiyası yaxınlığından Bakıxanov istiqamətinə gedən marşrutla liseyə yola salıb. Lakin uşaq həmin liseyə getməyib. Azyaşlının hara getməsi barədə məlumat yoxdur. Liseydən bildiriblər ki, uşaq həmin gün dərsə gəlməyib. 3 günlük axtarışlar nəticəsiz qaldığından mayın 15-də valideynləri bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət ediblər. Hazırda polis də axtarışları davam etdirməsinə baxmayaraq itkin düşən 6-cı sinif şagirdindən heç bir xəbər yoxdur".
 
BAKU.WS