VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qıza seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Bakı şəhər sakini Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

BAKU.WS-in lent.az saytına istinadən verdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Zaur Məmmədov 14 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Xatırladaq ki, keçən prosesdə dövlət ittihamçısı Zaur Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.


Qeyd edək ki, hadisə Xətai rayonunda qeydə alınıb. Zaur Məmmədov qonşuluqda yaşayan bacanağının 5 yaşlı qızı Aygünə (ad şərtidir) dəfələrlə seksual xarakterli hərəkətlər edib. Uşağın valideynləri hadisədən xəbər tutandan sonra polisə müraciət ediblər. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Məmmədov həbs edilib.


Ona Cinayət Məcəlləsinin 150.3.3 (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.


Ziya Səccad

BAKU.WS