VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda oxuyan kosmetoloq həkimin qurbanı olan tibb bacısı Merve Kalaş danışıb. 
 
BAKU.WS-in məlumatına görə, 22 yaşlı Merve Keleş saç ustası Soner G.-yə müraciət edərək dodaqlarından narazı olduğunu bildirib. Gənc qız ilk olaraq 500 lirə verərək təbii dolğu etdirib, ancaq dolğu bir həftəyə əridiyi üçün daha sonra 1000 lirə verərək silikon qoydurub. Lakin onun dodaqlarına inyeksiya edilən və tərkibi bəlli olmayan maddə gənc qızın dodaqlarının şişməsinə səbəb olub. 

Silikon yerləşdiriləndən sonra qızın dodaqları çox pis vəziyyətə düşüb. Yenidən həkimə müraciət edən qadın dözülməz ağrıları olduğunu söyləyib. Həkim isə ona cavabında bu hadisənin onunla əlaqədar olmadığını bildirib. 

Merve Kaleş çalışdığı xəstəxanaya müraciət edərək müalicə olunub. Onun dodağındakı maddənin mənşəyinin bəlli olmadığı və allergik reaksiyanın başladığı aydın olub. İstifadə edilən slikonun təmizlənməsi mümkün olmazsa, o zaman gənc qız dodaqlarını itirə bilər.

Nazim Babayev
BAKU.WS