SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda bir neçə gün əvvəl baş verən intihar hadisəsi ilə bağlı bəzi faktlar məlum olub.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, aprelin 27-də özünü asaraq intihar edən Sulutəpə qəsəbə sakini, 50 yaşlı Həbib Mirzəyev sabiq polis əməkdaşı olub.
 
O, polis mayoru rütbəsində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Neft Kəmərlərini mühafizəsi idarəsində bölük komandiri vəzifəsində çalışıb. Təqribən 1 il əvvəl isə öz xahişi ilə işdən çıxıb.  
 
Məlumata görə, H. Mirzəyev intihar etməzdən əvvəl məktub yazıb. Məktub cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən götürülüb. Həmin məktubda nə yazılması barədə ailə üzvləri məlumatsızdır.
 
Onu da əlavə edək ki, H Mirzəyev intihar etməzdən bir neçə dəqiqə əvvəl "whatsapp”-da status paylaşıb.
 
Onun intihardan əvvəl yazdığı statusu təqdim edirik:

BAKU.WS