055 213 76 73
Ötən gün Rusiyanın Hərbi Kosmik Qüvvələri Suriya ərazisində yerləşən İŞİD terrorçularının yerləşdiyi mövqeyləri bombardıman edib.
BAKU.WS-in məlumatına görə, ruslar terrorçuların 60 obyektini yerlə-yeksan edib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, zərbələr İŞİD qüvvələrinin Rakka və Hələb şəhərində yerləşən möveylərinə endirilib.
Xatırladaq ki, Rusiya Hərbi Hava Qüvvələri sentyabrın 30-da İŞİD-in Suriyadakı mövqelərini bombalamışdı. Oktyabrın 7-də isə Rusiyanın hərbi döyüş gəmiləri Suriyada İŞİD mövqelərinə zərbələr endirib. həmlə rusların Xəzər dənizindəki gəmilərindən edilib. Bu barədə Rusiya prezidenti Vladimir Putinə müdafiə naziri Sergey Şoyqu deyib.
Ziya Səccad
BAKU.WS