SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xaçmazda çəkilən görüntülər böyük əks-sədaya səbəb olub. 
 
BAKU.WS-in məlumatına görə, qəssab olduğu deyilən şəxs heyvanı "Jiquli"nin üzərinə bağlayaraq aparmağa çalışıb. Ancaq heyvan çox çabaladığı üçün qəssab onun başını kəsib. Qanı axa-axa heyvanı şəhərin mərkəzi ilə qəssabxanaya aparan sürücü insanların marağına səbəb olub. 
 
Xoşagəlməz mənzərə sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb. Avtomobilin şüşələri qana boyanıb. 
 
Həmin hadisənin görüntüsünü təqdim edirik:

Nazim Babayev
BAKU.WS