SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İstanbulda sərnişin vertolyotu qəzaya düşüb.
 
BAKU.WS-in məlumatına görə, beş hissəyə ayrılan vertolyotda 7 nəfər insan olub. Düşən vertolyotda 2 pilot, 4 xarici və 1 türk sərnişinin olduğu məlum olub. Əcnəbi sərnişinlərin rus olduğu ifadə edilib.

Hadisə yerinə göndərilən 10 xilasetmə dəstəsi və 50 personal yanğına müdaxilə edib. Digər tərəfdən qəzaya düşən vertolyotun "Eczacıbaş" şirkətinə aid olduğu ifadə edilib. Məlumata görə, vertalyot Atatürk Havalımanından Bilecikin Bozöyük bölgəsindəki fabrikə gəzinti məqsədli səfərə çıxıb. 

İstanbul valisi Vasip Şahin vertolyot qəzasında 5 nəfərin öldüyünü açıqlayıb. 
 
Şahin Həbibov
BAKU.WS