SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gecə Cəlilabad rayonunda meşədə asılmış kişi meyiti tapılıb.

BAKU.WS
-in məlumatına görə, hadisə Soyuqbulaq adlanan meşə zolağında qeydə alınıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı ölən şəxsin Əsəbli kənd sakini, 1973-cü il təvəllüdlü Seymur Ziyafət oğlu Bədirov olduğu məlum olub.

Faktla bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS