SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yol təmizləyən işçi traktorun kürüyücü hissəsində gedir. Bu sərnişinin özü ilə yanaşı, digər hərəkət iştrakçıları üçün də olduqca təhlükəlidir.

Görüntü Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal kopleksinin yaxınlığında sürücülərdən biri tərəfindən çəkilib. Kadrlarda aydın olur ki, sürəti elə də az olmayan traktorun ön hissəsində duran şəxs arabir səkiyə düşüb, sellofanda olan zibilləri traktora atır.

Bu şəkildə komunal işçiləri 1-2 kilometr yollarına davam edirlər. Görüntünü izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov, sürücünün kobud qayda pozduğuna yol verdiyini və bu halın təhlükəli olduğunu deyir.

Ekspertin sözlərinə görə, belə səhvə görə həmin şəxslər məsuliyyətə cəlb edilməlidirlər.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, qaydaları kobud şəkildə pozan bu cür sürücülərə yol-patrul xidmətinin əməkdaşları dəfələrlə xəbərdarlıq edirlər, hətta cərimələnən sürücülər də olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
 
BAKU.WS