055 213 76 73
Xaçmazda yanğın hadisəsi qeydə alınıb.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunda ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin döşəməsi 2 kv.m sahədə yanıb.
Yanğınsöndürənlər tərəfindən 1980 ci il təvəllüdlü Şıxəliyev Rövşən Seyidbaba oğlunun yanmış meyiti aşkar olunub. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ziya Səccad
BAKU.WS