» » Divana yıxaraq əynindəki paltarları zorla soyundurdu - Goranboy sakininin Moskva CİNAYƏTİ


15-02-2017 | 23:45

  • 1 934

Divana yıxaraq əynindəki paltarları zorla soyundurdu - Goranboy sakininin Moskva CİNAYƏTİ

 

Rus qadınına təcavüz etməkdə və soyğunçuluqda təqsirli bilinən Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü Şahmar Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS xəbər verir ki, Şahmar Zeynalov 27 mart 2006-cı il tarixdə, saat 23 radələrində Rusiya Federasiyası, Yamalo-Nenets Muxtar Dairəsinin Labıtnangi şəhərində sərxoş vəziyyətdə olarkən tanışı, 1988-ci il təvəllüdlü Viktor Spiridonovun "Motorola C380” markalı mobil telefonunu zəng etmək bəhanəsi ilə istəyib. Bu zaman Viktor ona mobil telefonunu verməyib.

Viktora qarşı soyğunçuluq

Bundan sonra Şahmar Zeynalov Viktoru qorxudaraq üst-başını axtarıb, cibindən 50 rubl pulu, sonra isə "Motorola C380” markalı mobil telefonunu götürüb.
Bundan başqa, Şahmar Zeynalov həmin il mayın 21-də 1981-ci il təvəllüdlü Vlasov Sergey İqoreviç və onunla qeyri-rəsmi nikah münasibətində olan 1975-ci il təvəllüdlü Yelena Yuryevna Qaynbixnerlə birlikdə Rusiya Federasiyası, Yamalo-Nenets Muxtar Dairəsinin Labıtnangi şəhəri, Qaqarin küçəsində, "Yava” mağazasının yanında yerləşən "Kaxeti” kafesində yeyib-içiblər.

Saat 23 radələrində onlar birlikdə Yelena Qaynbixnerin Labıtnangi şəhəri, Şkolnaya küçəsi, ev 13, mənzil 9 ünvanında yerləşən mənzilinə gəliblər. Bir neçə dəqiqədən sonra Şahmar Zeynalov Sergey Vlasovla birlikdə pivə içmək məqsədilə yenidən evdən küçəyə çıxıb.

O, Sergey Vlasovla birlikdə bir qədər gəzib. Sonra Şahmar Zeynalov Sergeydən ayrılaraq Yelenanın olduğu evə gəlib. Şahmar Zeynalov Sergey Vlasovun evdə olmamasından istifadə edib və Yelena Yuryevna Qaynbixnerin mənzilinin qapısını döyüb. Yelena qapını açsa da, ona evə daxil olmasına etiraz edib. Buna baxmayaraq, Şahmar Zeynalov Yelena Qaynbixneri kənara itələməklə və zorla mənzilə daxil olub.

Bundan sonra Şahmar Zeynalov sərxoş vəziyyətdə Yelena Yuryevna Qaynbixneri qonaq otağında olan divanın üzərinə yıxıb, qollarından tutub, əynindəki paltarları zorla soyundurub. O, Yelenanın yalvarışlarına məhəl qoymayıb. Vəziyyətin belə yarandığını görən Yelena ona müqavimət göstərib.

Zorlama

Şahmar Zeynalov onun müqavimətini sındırmaq qərarına gəlib. O, Yelenanın üzünə bir neçə sillə vurduqdan sonra onunla cinsi əlaqədə olub. Bu cinayəti törədəndən sonra Şahmar Zeynalov Rusiyanı tərk edib və Azərbaycana gəlib. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Şahmar Zeynalovun barəsində axtarış elan edib. Keçirilən əməliyyat nəticəsində Şahmar Zeynalov yaşadığı Goranboy rayonunun Dəliməmmədli şəhərində həbs edilib.

Şahmar Zeynalov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 180.1-ci (soyğunçuluq) maddələri ilə ittiham edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şahmar Zeynalov 4 il 9 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. 
 
BAKU.WS 
Mənbə: Teleqraf.com

Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Prezident və xanımından Zabit Səmədova jest (FOTO) Prezident və xanımından Zabit Səmədova jest (FOTO) Əsas Xəbər / İdman İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Hadisə Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video Mirşahin: “...  hamının qabağında söz verirəm ki, jurnalistikadan bu gün gedim” Mirşahin: “... hamının qabağında söz verirəm ki, jurnalistikadan bu gün gedim” Siyasət Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Zaurun verilişində GƏRGİN ANLAR: Zaurun verilişində GƏRGİN ANLAR: "Səni "karset Afət" kimi tanıyırlar" (VİDEO) Şou-biznes / Video Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Dünya / Video Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video Bakı polisi Milli Şuranın mitinqi barədə məlumat yaydı Bakı polisi Milli Şuranın mitinqi barədə məlumat yaydı Siyasət Azərbaycanda dörd gün TV və radio işləməyəcək Azərbaycanda dörd gün TV və radio işləməyəcək Sosial “İrşad Telekom”un rəhbərini öldürüblər? - İDDİA və DOSYE “İrşad Telekom”un rəhbərini öldürüblər? - İDDİA və DOSYE Kriminal
Son əlavəПоследние публикации
Günün ulduz falı - 23 yanvar
23 yanvar 2019

Günün ulduz falı - 23 yanvar

724 Həyat tərzi
Ölkədə qızıl və gümüşün qiyməti düşdü
22 yanvar 2019

Ölkədə qızıl və gümüşün qiyməti düşdü

53 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
22 yanvar 2019

Azərbaycan nefti bahalaşıb

86 İqtisadiyyat
Bölgələrdə maye qaz bahalaşıb - VİDEO
22 yanvar 2019

Bölgələrdə maye qaz bahalaşıb - VİDEO

203 Video / Sosial