SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Düşmənin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var.
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Silahlı Qüvvələrimizin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb.

Silahlı Qüvvələrimizin bölmələrinin vurduğu zərbələrlə qarşı tərəfin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var. 

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.
 
ŞAHİN Həbibov
BAKU.WS