SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Rusiya müxalifət jurnalisti Oleq Kaşın maraqlı iddia ortaya atıb.
 
BAKU.WS-in məlumatına görə, jurnalist iddia edib ki, Suriyada Rusiya ordusuna məxsus iki "Su34" və bir "Tu22" bombardımançıları vurulub. Jurnalistin bu iddiası hələlik Rusiya Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq təsdiqlənməyib. Təyyarələri İŞİD terrorçularının vurduğu güman edilir. 
 
Xatırladaq ki, Kreml Suriya təyyarə bazasına təxminən 30 döyüş təyyarəsi göndərib. Qırıcı təyyarələr artıq iki gündür ki, İŞİD terrorçularının bazalarına bomba zərbələri endirməyə başlayıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS