SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabunçu rayonu, Bilgəh qəsəbəsi, "Qağayı” pioner düşərgəsində yaşayan məcburi köçkünlər etiraz aksiyası keçiriblər.

Musavat.com bildirir ki, 100-ə yaxın məcburi köçkün məskunlaşdıqları düşərgənin həyətində toplaşaraq etirazlarını bildiriblər. Etirazın səbəbi illərdir ki, yaşadıqları acınacaqlı şəraitlə bağlı olub.

Sakinlərin dediyinə görə, burada Laçın, Şuşa, Füzuli, Zəngilan və başqa rayonlardan ümumilikdə 250-dən çox məcburi köçkün ailələləri yaşayır. "Pioner düşərgəsi” adlanan bina bərbad durumdadır.

Qəzalı binalarda və onların həyətindəki daxmalarda yaşayan ailələrin durumu çox acınacaqlıdır. Taxta konstruksiyadan tikilən evlər yaşanmaz hala gəlib. Evlərdə nə qaz, nə də su xətti var.

Aksiya iştirakçıların əsas tələbi qaz və su xəttinin çəkilməsidir.

Qeyd edək ki, əhali 360 tonluq su anbarından təmin olunur. Lakin yanvar ayının 18-dən etibarən su verilişi dayandırılıb. Məcbur köçkünlər su qabları ilə kilometrlərlə məsafədən su daşımağa məcbur olurlar.

Binaların divarları uçmuş vəziyyətdədir, damları dağılmaq üzrədir. Hava küləkli olan zaman bu, bədbəxt hadisələrə yol aça bilər...