SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiya prezidenti Vladimir Putin 150 minə yaxın Rusiya vətəndaşının orduya çağırılması barədə göstəriş verib.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat verib. 

Putinin verdiyi fərmana əsasən, 1 oktyabr-dan 31 dekabra kimi hərbi xidmətə 147,1 min şəxsin hərbi xidmətə çağırışı həyata keçiriləcək.

Rusiyanın ordu sıralarına 18-27 yaş qrupuna aid vətəndaşlar səfərbər ediləcək.  
 
Qeyd edək ki, Rusiya Suriyada hərbi əməliyyatlara başlayıb. İŞİD terror təşkilatının bazalarını hədəf alan Rusiya ordusu çox sayda əraziyə havadan bomba yağdırıb.
 
ŞAHİN Həbibov 
BAKU.WS