SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

"Prokrorluq işçilərinin peşə bayramı münasibət ilə cənab prezident bir sıra əməkdaşımızı mükafatlandırıb. Bu, prokrorluq işçilərinə göstərilən etimzaddır".
 
BAKU.WS-in məlumatına görə, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bizim əməkdaşlar bu etimadı dərindən dərk edirlər: "Bunun nəticəsidir ki, bu gün Azərbaycanda hüquq mühafizə sahəsində müsbət nəticələr əldə edilib. Azərbaycan hazırda MDB və Şərqi Avropa ölkələri arasında ən təhlükəsiz respublikadır".
 
Baş prokuror bu ilin hesabatına da toxunub və cinayət hadisələri ilə bağlı rəqəmləri açıqlayıb: "Ölkədə baş verən bütün ağır cinayətlərin əksəriyyəti tam açılıb. Bu ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə faktı üzrə 159 cinayət işinin 150-si isti izlərlə açılıb", - deyə Z.Qaralov söylərib.
 
ŞAHİN Həbibov
Ayşən Ayxan
BAKU.WS