055 213 76 73
Bakıda polis evlərin birindən külli miqdarda vəsait oğurlayan şəxsi yaxalayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, oğurluq hadisəsi avqustun 2-də baş verib.
Paytaxtın Nizami rayon sakini Elsevər Abutalıbovun yaşadığı evdən 58000 manat oğurlanıb.
Bakı Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin üstünü açmaq mümkün olub.
Hadisəni törətməkdə ittiham edilən Babək rayon sakinləri Emin Qafarov və Nicat Mirzəliyev tutulub.
Ziya Səccad
BAKU.WS