SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Avqustun 2-də Sabunçu rayonu, Bilgəh-Nardaran yolunda "Lexus”, "Range Rover” və "ZAZ” (Zaporojes) markalı minik avtomobillərinin toqquşması nəticəsində ağır yaralanan Fəqan Umudovun vəziyyəti orta-ağır olaraq qalır. BAKU.WS-in əməkdaşı qəzaya səbəbkar olduğu deyilən "Range Rover”in sürücüsü, beynəlxalq yarışların qalibi, taekvandoçi Fəqan Umudova baş çəkib.

"Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin "Təcili yardım” binasında müalicə alan Fəqan Umudovu tapmaq elə də çətin olmadı. Fəqan Umudov binanın 3-cü mərtəbəsində, 307 saylı palatada müalicə alır. Qəza baş verəndən sorna komaya düşən Fəqan Umudov 3 gün sonra özünə gələ bilib. Lakin o, hələ də normal danışa və gəzə bilmir.

Yaxınlarının sözlərinə görə, qəzadan sonra F.Umudov elə vəziyyətdə olub ki, onun həyatda qalacağına guman belə yox imiş. Həkimlərin səyi nəticəsində həyata qayıdan idmançının böyük sarsıntı keçirdiyi bildirilir.


Özünü güclə toplayan Fəqan Umudov qəza barədə yalnız bunları dedi: "Bağda idim. Anamdan zəng gəldi. Məni təcili çağırırdı. Çıxdım. Evə tez çatmaq istəyirdim. Sürətlə gedən zaman qabağıma qəfil bir maşın çıxdı. Daha sonra nə baş verdiyini xatırlamıram”.

Qeyd edək ki, qəza nəticəsində 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus «ZAZ» markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü hadisə yerində ölüb.

Maşında olan iki azyaşlı əkiz bacılar Xədicə və Zəhra Hüseynəli və onların qardaşı 11 yaşlı Hüseyn Hüseynəli, eləcə də digər sərnişin Ziya Zahidov 3 saylı Sabunçu rayon Xəstəxanasına göndəriliblər. Həkimlərin səyinə baxmayaraq Hüseyn Hüseynəlinin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanada dünyasını dəyişən 11 yaşlı Hüseyn sürücü A.Hüseynovun nəvəsidir.

Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Asəf Məmmədov bildirib ki, faktla bağlı cinayət işi açılıb, hazırda istintaq davam edir: "Yol nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var. Hadisə zamanı iki nəfər ölüb, 6 nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. 


Ziya Səccad
BAKU.WS