VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gecə Bakıda baş verən kütləvi davada 3 nəfər xəsarət alıb.

BAKU.WS
-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində qeydə alınıb.  Paytaxt sakini Elvin Bədəlov yaşadığı evin qarşısında itini gəzdirən zaman yoldan "VAZ 2107" markalı avtomobil keçib. Elvin Bədəlovun bibisi oğlu Ramin Baxışovun sözlərinə görə, dayısı oğlu sürücüdən yoldan ehtiyatlı və yavaş sürətdə keçməsini xahiş edib.  "VAZ 2107"nin sürücüsü bir müddət sonra dostları ilə yenidən mübahisə baş verən yerə qayıdıb: "Dayım oğlu itini çıxarmışdı gəzdirməyə. Qarşıdan "VAZ 2107" gəlirdi. Dayım oğlu əl elədi ki, bir az yavaş ol, it var vurarsan. Sürücü dedi ki, gözlə gəlirəm. Bir müddət sonra bir neçə maşınla gəlib dava saldılar. Bizi təkləyib vurdular. Birinci məni vurdular daha sonra olanlardan xəbərim olmadı".
 
Hadisə zamanı yüngül xəsarət alan Ramin Baxışov olub. Ağır xəsarətlər alan Elvin Bədəlov və əmisi Mais Bədəlov 1 saylı şəhər xəstəxanasına gətiriliblər.
 
Hadisə barədə Səbail rayon 41-ci polis bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerində müayinələr aparıblar.
 
Faktla əlaqədar araşdırmalar davam edir.

BAKU.WS