SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-dən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırmalar zamanı Goranboy Elektrik Şəbəkəsinin Veyisli yüksək gərginlikli yarımstansiyasının əməkdaşı Eldəniz Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi məlum olub.


O, vəzifədən sui-istifadə etməklə rayon ərazisində 18 abonentdən müxtəlif məbləğlərdə pul alaraq onların elektrik sayğaclarındakı göstəriciləri təhrif etməklə "Azərişıq” ASC-nin qanuni mənafeyinə 25.900 manat məbləğində zərər vurub.

Bu əməllərdə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.


Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Ziya Səccad
BAKU.WS