SİZİN REKLAM BURADA!
055 213 76 73



Tərtər rayonunda yanğın zamanı hərbi sursatın partlaması nəticəsində bir mülki şəxs ağır yaralanıb.

BAKU.WS
-in məlumatına görə, hadisə Səhləbəd kəndində qeydə alınıb.

Kənd sakini, əslən Laçın rayonundan məcburi köçkün olan 50 yaşlı Rizvan Bədəlov məktəb binasının yanında zibilləri təmizləyirmiş. Kişi zibilləri yandıran zaman alov yaxınlıqdakı qamışlığa keçib. Nəticədə qamışlıqda basdırılan partlayıcı partlayıb.

Ağır yaralanan Rizvan Bədəlov Tərtər rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS