SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bu gün saat 10:40-da yerinə yetirilməsi planlaşdırılan Bakı-Moskva aviareysinin təxirə salınmasının səbəbi təyyarədəki baqajların birində bomba olması ilə bağlı sərnişinlərdən birinin xəbərdarlıq etməsi ilə bağlıdır. 


Bu barədə "Report"a Heydər Əliyev Hava Limanındakı növbətçi polis əməkdaşları məlumat verib.

Məlumata görə, Moldova vətəndaşı olan xanım Anjela Girvik adlı sərnişin bu xəbəri digər sərnişinlər və təyyarənin şəxsi heyəti arasında yayıb.
Qeyd edək ki, həmin şəxs artıq hava limanındakı polis bölməsinə aparılıb və dindirilir.

Artıq təyyarənin yük yerində olan baqaj da boşaldılıb. Hər bir sərnişin sahib olduğu baqaja yaxınlaşaraq hüquq-mühafizə orqanlarına yükün içini təqdim edir, prosesə xüsusi təlim keçmiş itlər cəlb olunub.

Xatırladaq ki, bu gün saat 10:40-da Bakıdan Moskvaya uçmalı olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Airbus-320" təyyarəsində gecikmə olub.
 
BAKU.WS