SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkələrdə böyük qalmaqala səbəb olan video yayılıb.

BAKU.WS
-in məlumatına görə, video "Baku Bus” şirkətinə məxsus sərnişin avtobusunda çəkilib. Videoda avtobus sürücüsü ilə özünü polis adlandıran şəxs arasında gedişhaqqı üstündə yaranan mübahisə öz əksini alıb.

Belə ki, avtobusa minən gənc özünü polis kimi qələmə verib və yol pulu ödəməkdən imtina edib. Sürücü isə həmin şəxsə polis formasında olmadığına görə yol pulunu ödəməli olduğunu bildirib.

Həmin şəxs isə sürücünü hədələyib: "Səni işdən çıxartdıraram. Başına oyun açaram”.

Sürücü avtobusu sürməkdən imtina edib. Nəticədə digər sərnişinlər məsələyə müdaxilə edib. Sərnişinlər həmin kişiyə haqsız olduğunu və yol pulunu ödəməli olduğunu bildirib.

BAKU.WS həmin videonu təqdim edir:

 

Ziya Səccad
BAKU.WS