VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyədə insanların qanını donduran hadisə baş verib.
 
BAKU.WS-in məlumatına görə, Ahmet (şərti ad) adlı şagird bacısı Ayşeni (şərti ad) 5 dekabr tarixində bir evə aparıb. İddiaya görə Ahmet burada bacısına təcavüz edib və qaçmaq istəyəndə onu döyüb. Təsadüfən yoldan keçənlər Ayşenin fəryadını eşidərək binaya girib, yarı çılpaq haldakı Ahmet isə qaçıb.

Hadisə yerinə gələn polislər Ayşeni sağlamlıq mərkəzinə aparıb. Buradakı müayinədə qızın bədəninin müxtəlif yerlərində göyərmə izləri olduğu məlum olub. Hətta qızın bədənində siqaret söndürüldüyü aşkarlanıb. Müalicəsinin ardından polisə aparılan Ayşenin ifadəsi alınıb. Qız ifadəsində qardaşının ona işgəncə verdiyini və onunla pis rəftar etdiyini bildirib. 

Təcavüzdən axtarışa verilən qardaş polis tərəfindən ələ keçirilib. Saxlanılan Ahmet polisə 8 ildir qardaşına təcavüz etdiyini etiraf edib. 
 
Nazim Babayev
BAKU.WS