055 213 76 73
Mina dağında yaşanan izdihamda ölənlərin sayı getdikcə artır.
BAKU.WS məlumat verir ki, Mina dağında izdiham yaşanan ərazidən görüntülər yayılıb. Görüntülərdə insanların bir-birinin altında qalaraq yaralandığı məlum olub. Ölənlərin sayının getdikcə artdığı bildirilir.
Qeyd edək ki, baş verən faciədə 750-dən çox insan ölüb, 800-dən çox insan isə yaralanıb.
Sonuncu dəfə bu cür hadisə 2006-cı ildə baş verib. Həmin faciədə 360-dan çox zəvvar dünyasını dəyişmişdi.
BAKU.WS həmin görüntüləri təqdim edir.