SİZİN REKLAM BURADA!
055 213 76 73


  
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 3 ədəd "Samsung Galaxy J2 Prime” və 3 ədəd "Samsung Galaxy J3 (6)” mobil telefonları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS