SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Türkiyədə Suriya əsilli gəlin oğlan evinin verdiyi qızılları götürüb qaçıb.
  
BAKU.WS-in məlumatına görə, hadisə Türkiyənin Antalya şəhərində baş verib. Belə ki, Antaliyada bir oteldə çalışan eşitmə qüsurlu 32 yaşındakı Bilal 22 yaşındakı suriyalı Fatma Sultanla kəbin kəsdirib. 

Bilalın atası qızın evinə gedərək ailəsinə 3 min lirə süd pulu da verib. Kəbin kəsildikdən sonra suriyalı gəlinə 6 bilərzik, üzük, sırğa və saat alınıb. Qızılları qoluna taxan gəlin, alış-veriş üçün getdikləri marketin qarşısından yoxa çıxıb. Qızılları alarkən çəkilən şəkillərlə polisə gedən oğlan tərəfi aldadıldıqlarını söyləyərək şikayətçi olublar.
 
Bilalın atası gəlinin evli olduğunu və barmağında döymə olduğunu bildirib. Qızılları kreditə aldıqlarını deyən yaşlı kişi başına gələnlərdən sonra pis vəziyyətə düşdüklərini deyib. 
 
ŞAHİN Həbibov
BAKU.WS