VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Gürcüstandan Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında baş verib. Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 9600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS