VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Bu gün Şirvan şəhər Polis Şöbəsində intihar edən 50 yaşlı kişi ilə bağlı bəzi faktlar üzə çıxıb.

BAKU.WS xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 50 yaşlı Muradov Vaqif Şahbalı oğlu barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə bir neçə gün əvvəl saxlanılıb. Daha sonra o, Şirvan şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib. 

Bildirilir ki, 50 yaşlı V.Muradov övladlığa götürdüyü və 14 yaşı hələ tamam olmamış qızına qarşı etdiyi seksual xarakterli zorakılıq əməlinə görə tutulub. Bu barədə polisə məlumat daxil olan kimi araşdırma başlayıb. İlkin olaraq fakt təsdiqini tapıb.
 
Törətdiyi əməlin yaratdığı ağır psixoloji təzyiqin təsirində olan 50 yaşlı kişi bu gün səhər saatlarında boğaz və qol damarlarını kəsərək intihar edib.

*** 13.30
 
Şirvan Şəhər Polis Şöbəsində intihar hadisəsi baş verib.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, şöbənin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər boğazını və qollarını doğrayıb. V.Muradov çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Məlumata görə, zorlamada ittiham olunan V.Muradov Sabirabad Rayon Polis Şöbəsi tərəfindən tutulub. Sabirabadda təqsirləndirilən şəxslərin saxlanıldığı təcridxana təmir olunduğundan V.Muradov Şirvan Rayon Polis Şöbəsində saxlanılırmış.

Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
İlyas Quliyev
BAKU.WS