SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Səbail rayonunda 20 yaşlı oğlan intihara cəhd edib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, Üzeyir Hacıbəyli küçəsi 21, mənzil 17-də yaşayan 1996-cı il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu hamam otağında iki qolunun damar nahiyəsini kəsib. 

Çoxlu qan itirən V.Abdullayev 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

V.Abdullayev ilkin tibbi yardımdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində bildirib ki, o, sevdiyi qız üçün intihara cəhd göstərib.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS